Dünya futboluİdmanRedaksiyadan

Nagelsman faktı araşdırıb

“Bayern Münhen”in baş məşqçisi Yulian Nagelsman Robert Levandovskinin Münhen nəhəngini onunla fikir ayrılığına görə tərk etdiyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Metbuat.org xəbər verir ki, onun dediklərini “Frankfurter Allgemeine” belə çatdırıb:

“Levandovski mənim ideyalarımı bəyənmədiyi üçün gedib? Yox, belə bir şey olmayıb. 

Robertin öz fikirlərinin olması normaldır. O, müsahibələrinin birində demişdi ki, komanda 20212 mövsümünün ikinci yarısında mənə daha az asma verir. Bu informasiyanı dəqiqləşdirdim. Məlum oldu ki, Levandovski mövsümün ikinci yarısında ilk bölümündəkindən cəmi üç asma az alıb”.

Xatırladaq ki, 33 yaşlı Levandovski 8 ildən sonra “Bayern”i “Barselona”ya dəyişib.

Nihat

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button