Azərbaycan futboluİdmanRedaksiyadan

Misli Premyer Liqası:

Misli Premyer Liqasında mövsümün açılış turu davam edir.

Metbuat.org xəbər verir ki, bu gün tur çərçivəsində daha 2 oyun keçiriləcək.

Günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə ötən mövsümün gümüş medalçısı “Neftçi” arasında olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Komandalar indiyədək ölkə çempionatında 70 dəfə üz-üzə gəliblər. Bunların 16-da əyalət təmsilçisi, 39-da paytaxt klubu qalib gəlib. 15 görüş heç-heçə ilə yekunlaşıb. 

Tərəflər arasındakı son 7 dueldə ən azı 3 qol vurulub. “Neftçi” 10 oyundur meydanı qolsuz tərk etmir.

Günün son oyununda “Sabah” klubu “Sumqayıt”ı qəbul edəcək. “Bank Respuklika Arena”dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

İki kollektiv bunadək Premyer Liqada 15 dəfə bir-birinə rəqib olub. Hərəyə 6 qələbənin qazanıldığı duellərdə 3 bərabərlik qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisinin cüzi üstünlüyü var – 20:19.

Son 10 qarşılaşmada iki və ya daha çox qol vurulub. “Sabah” son üç görüşdə uduzmayıb.

Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

I tur

7 avqust (bazar)

“Şamaxı” – “Neftçi” 0:1 
Qol: Emin Mahmudov, 82

“Şamaxı”: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağlyev, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 11. Kamran Quliyev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov

Baş məşqçi: Vüqar Əsgərli

“Neftçi”: 30 Aqil Məmmədov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato

Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 97. Elşad Tağıyev, 84. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval

Baş məşqçi: Laurentsiu Regekampf

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 17:00

“Sabah” – “Sumqayıt” 3:0 
Qol: Anatoli Nuriyev, 29, Coy Lens Mikels, 53, Kristian Sebalyos, 90+3

“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal

Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaibulaev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 70. Ouro-Nil Ture, 22. Damian Daniçiç, 37. Alya Ture

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet

Baş məşqçi: Aleksey Baqa

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button