XƏBƏRLƏR

Kosovada casusluq şübhəsi ilə saxlanılan rusiyalı jurnalist sərbəst buraxıldı – YENİLƏNİB

Kosovada casusluq şübhəsi ilə saxlanılan rusiyalı jurnalist sərbəst buraxıldı – YENİLƏNİB

Darya Aslamova redaksiya ilə əlaqə yaradaraq Serbiya – Kosova sərhədindəki Raşka şəhərində olduğunu bildirib.

Bununla bağlı onun çalışdığı “Komsomolskaya Pravda”dan açıqlama verilib.

Bildirilib ki, sərbəst buraxıldıqdan sonra o özü avtobusla sərhədə qədər gəlib. Hazırda o, Rusiyanın Serbiyadakı səfirliyi ilə əlaqədədir.

Qeyd edək ki, Aslamova avqustun 7-nə keçən gecə tanınmamış Kosova hakimiyyəti tərəfindən casusluq şübhəsi ilə saxlanılıb, sonra sərbəst buraxılıb.

10:00

Kosovanın daxili işlər naziri şənbə günü sərhəddə rusiyalı jurnalistin casusluqda şübhəli bilinərək həbs edildiyini bildirib.

Bu barədə nazir Cəlal Şveçliya həmin jurnalistin Daria Aslamova olduğunu açıqlayıb.

“Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübuta yetirib”, – məlumatda bildirilir.

Daria Aslamova “Komsomolskaya Pravda”nın əməkdaşıdır.

Xatırladaq ki, son günlər Serbiya ilə Kosova arasında münasibət daha da kəskinləşib. Kosovanın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.

Mənbə: Reuters

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button