Dünya

Kiyevdə müharibənin ilk günlərində quyuya atılmış kişi meyiti tapılıb

Ukraynanın Kiyev vilayətində Rusiyanın müharibəyə başladığı ilk günlərdə öldürülmüş kişi meyiti tapılıb. Metbuat.org xəbər verir ki, meyit texniki quyuda olub.

Kiyev vilayəti Milli Polisi Baş İdarəsinin rəisi Andrey Nebytov Telegram kanalında məlumat yayaraq yazıb ki, meyiti yol xidməti işçisi Jitomir şossesi Berezovka kəndi yaxınlığında aşkarlayıb.

Nebitovun sözlərinə görə, xilasedicilər mərhumun nəşini quyudan çıxardıqdan sonra polis meyitə baxış keçirib və məlum olub ki, o, fevralın sonu – martın əvvəlində öldürülüb.

Tural Tağıyev
Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button