İdmanTennis

İslamiada:

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə uğurla başlayıb.

Fanat.Az xəbər verir ki, Emin Məmmədov kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib. Rəqibini 3:0 hesabı ilə üstələyən Emin Məmmədov 16 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq. 

Digər idmançımız Adil Əhmədzadə isə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1 final mərhələsinə adlayıb. 

Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button