XƏBƏRLƏR

Holandın İngiltərə çempionatındakı ilk zərbəsi qol oldu – VİDEO

“Mançester Siti”nin heyətində yeni mövsümün ilk qolunu hücumçu Erlinq Holand vurub.

Premyer Liqanın 1-ci turunun matçının 35-ci dəqiqəsində zədəli Lukaş Fabianskinin yerinə meydana çıxan “Vest Hem”in qapıçısı Alfons Areola öz cərimə meydançasında “şəhərlilər”in hücumçusunu yerə yıxıb.

Holand öz qazandığı penaltidən zərbəni yerinə yetirərək oyunda hesabı açıb.

Bu, Erlinqin Premyer Liqada qapı çərçivəsinə ilk zərbəsi olub.

Qeyd edək ki, norveçli futbolçu bu yay Dortmund “Borussiya”sından alınıb.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights