Dünya futboluİdmanRedaksiyadan

Holandın etdiyini yalnız o bacarmışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının birinci turunda – “Vest Hem”lə matçda (2:0) dubl edərək “şəhərlilər”in tarixinə düşüb.

Metbuat.org “Opta Sports”a istinadən xəbər verir ki, norveçli forvard debüt oyununda 2 qolla yadda qalan Serxio Aqueronun nəticəsini təkrarlayıb.

Aquero eyni nəticəyə 2011-ci ildə – “Suonsi Siti” ilə görüşdə imza atıb. Həmin qarşılaşmada  Mançester təmsilçisi 4:0 hesablı zəfərə sevinib.

Nihat

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights