Dünya futboluİdmanRedaksiyadan

“Dinamo Kiyev”in yetirməsi Donetskdə həlak oldu

Ukraynada daha bir futbolçu müharibədə həlak olub.

Metbuat.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Dinamo Kiyev”in yetirməsi Dmitri Piven cəbhədə düşmən gülləsinə tuş gəlib.

Rusiyanın genişmiqyaslı müharibəyə başladığı andan Ukrayna Silahlı Qüvvələrinə yazılan Dmitri təlimdən sonra motoatıcı batalyonun tərkibində Donetsk uğrunda döyüşlərdə iştirak edib.

O, batalyon komandirindən icazə alaraq, yayın əvvəlində bir neçə günlük Kiyevə gələrək sevdiyi Yelena ilə nigah bağlayaraq ailə qurub. Ertəsi gün yenidən cəbhəyə yollanan Dmitri avqustun 6-da həlak olub. Keçmiş futbolçu Berkovets qəbiristanlığında dəfn edilib.

Mirağa

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button