İdmanTaekvando

DÇ:

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya birinciliyində çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, mundiala 15 nəfərlik heyətlə qatılan yığma üzvlərindən heç kim medalçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, avqustun 2-də start götürən və 800-dən artıq taekvondoçunun qatıldığı dünya çempionatında Azərbaycanı oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) təmsil edib.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights