XƏBƏRLƏR

Çinli hərbçilər Pentaqonun zənglərinə cavab vermir

Çinli hərbçilər Pentaqonun zənglərinə cavab vermir

Çinin yüksək rütbəli hərbi məmurları Tayvanla bağlı zəng edən amerikalı həmkarlarını diqqətə almırlar.

Pekin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin zənglərinə cavab vermir. Amerikalı hərbi məmurlar Tayvanla bağlı  dialoq əldə olunmasını istəyir.

“Əgər [Çin ordusu] daha aqressiv şəkildə və daha tez-tez ABŞ qüvvələrinə yaxın yerdə fəaliyyət göstərsə, təhlükəsiz əməliyyat mühiti yaratmaq üçün təkmilləşdirilmiş mexanizmlərə ehtiyacımız olacaq”, – deyə Pentaqon rəsmisi Rendi Şriver bildirib.

Qeyd edilir ki, amerikalı rəsmilər Çinin susqunluğunu “eskalasiya (gərginlik) riskini artıran və düşüncəsiz addım” hesab edir.

Həmçinin bildirilir ki, ABŞ hərbi liderləri, hətta Çin kimi potensial düşmənlərlə belə açıq ünsiyyət xətlərini saxlamağa can atırlar. Buna səbəb isə hərtərəfli münaqişələrin qarşısının alınmasıdır.

Millinin çinli həmkarı, Birləşmiş Qərargah rəisi general Li Zuoçenqlə sonuncu söhbəti iyulun 7-də baş tutub. Pentaqon bu söhbət zamanı açıq kommunikasiya xətlərinin saxlanması, eləcə də eskalasiya riskinin azaldılması zərurətindən danışdıqlarını bildirib.

Mənbə: İzvestiya

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button