Dünya futboluİdmanRedaksiyadan

“Bayern Münhen” “Barselona”nın yetirməsinə elçi düşdü

“Bayern Münhen” yeni hücumçu transfer etməkdə qərarlıdır.

Metbuat.org “Relevo”ya istinadən xəbər verir ki, Almaniya nəhəngi “Olimpik Marsel”in 21 yaşlı forvardı Konrad de la Fuenteni rənglərinə bağlamaq istəyir.

Mənbə “Börnli”, “Beşiktaş”, “Olimpiakos” və “Portu” kimi klubların da istədiyi gənc futbolçunun məhz “Bayern”ə keçmək ehtimalının daha yüksək olduğunu vurğulayıb.

De la Fuente “Barselona”nın yetirməsidir. O, 2013-2021-ci illər aralığında Kataloniya təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarında olub.

Qeyd edək ki, Konrad 2020-ci ildən ABŞ-ın əsas millisinə dəvət alır.

Nihat

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button