Digərİdman

Azərbaycanlı assosiasiya sədri TDAF-ın prezidenti seçildi

5-6 avqust tarixində Türkiyənin Antalya şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti toplantısı keçirilib.

Metbuat.org xəbər verir ki, toplantı zamanı federasiyaya üzv ölkələrdə görülən işlər və bu sahədə olan problemlər müzakirə olunub. 

Türk dövlətlərində autizmlə bağlı ümumi vəziyyətin, xüsusi təhsil, reabilitasiya, idman və digər fəaliyyətlərin araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bunun üçün Federasiyaya üzv türk dövlətlərində işçi qrupların yaradılması qərara gəlinib. 

Daha sonra Türk Dövlətləri Autizm Federasiyasının müvafiq vəzifələrinə seçimlər olub. Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli TDAF-ın növbəti beş il üçün prezidenti seçilib. Türkiyə üzrə təmsilçi Erdal Ateşə isə TDAF-ın vitse-prezidenti vəzifəsi həvalə olunub. Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova TDAF-ın baş katibi, AAA-nın prezidenti Turxan Mahmudov isə TDAF-ın Azərbaycan üzrə nümayəndəsi seçilib. Toplantının yekununda digər türk dövlətləri üzrə təmsilçilər təsdiqlənib. 

Redexphoto

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button