Həndbolİdman

Azərbaycan yığmasına İslamiadada texniki qələbə verildi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, yığma B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.

Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanla, 2 gün sonra isə İranla üz-üzə gələcək.

 

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights