Dünya

300 minə yaxın ukraynalı işsiz qalıb

Ukraynada bu günə olan məlumata görə 293 min işsiz rəsmi qeydiyyatdadır. Bu da fevralın 24-nə olan göstəricidən 7% azdır.

Metbuat.org xəbər verir ki, bu barədə Ukrayna Dövlət Məşğulluq Mərkəzinin direktoru Yuliya Jovtyak məlumat verib.

– Bu rəqəmləri ötən illə müqayisə etsək, bu gün işsizlərin sayı ötən il qeydə alınandan 8% azdır. Fevralın 24-ü ilə müqayisə edəndə isə, bu, 7% azdır, – Kiyev rəsmisi deyib.

Onun sözlərinə görə, 244 min ukraynalı işsizlik yardımı alır.

– Yardımın minimum məbləği 1000-1800 qrivnadır. Orta işsizlik müavinəti 4600 qrivnadır. Maksimum yardım 9750 qrivnadır. Məbləğ fərdi olaraq hesablanır, – Jovtyak qeyd edib.

Tural Tağıyev
Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button