Texno

Süni intellekt “səssiz qatil”i aşkarlayacaq

2030-cu ildə Hepatit C xəsətəliyinə yeni yoluxma baş verməyəcək. Britaniyada başladılan yeni səhiyyə proqramı uğurla başa çatdırılarsa, bu fikri əminliklə səsləndirmək olacaq.

Böyük Britaniyanın Milli Səhiyyə Sistemi  Hepatit C-ni aşkarlamaq  üçün süni intellektdən istifadəyə başlayacaq. 

Qeyd edək ki, bu xəstəlik səssiz qatildir və son mərhələyə qədər üzə çıxmır.

Hepatit C müalicə olunmazsa qaraciyərin sirrozu və xərçəng xəstəliyi ilə nəticələnə bilər.

Müasir müalicə üsulları bu virusu tamamilə öldürməyə  imkan versə də,  müalicə bahalı və uzunmüddətlidir.Buna görə britaniyalı mütəxəssislər payızdan etibarən  Hepatit C-ni erkən mərhələdə aşkarlamaq istiqamətində hərəkətə keçəcəklər
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button