Şahmatİdman

<strong><span style="color: #ff0000;">Şahmat Olimpiadası: <pan><trong><strong>Azərbaycan yığmasından 6-cı qələbə<trong>

Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, yığma VIII turda Qazaxıstan seçməsi ilə qarşılaşıb. Millinin heyətində Vasif Durarbəyli üçüncü, Nicat Abbasov dördüncü lövhədə görüşlərini qələbə ilə başa vurub, Rauf Məmmədov birinci lövhədə heç-heçəyə razılaşıb. Qədir Hüseynov isə qarşılaşmadan məğlub ayrılıb. Beləliklə, kollektivimiz ümumi hesabda 2,5:1,5 hesabı ilə üstün olaraq yarışda 6-cı qələbəsini qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button