Dünya

Pentaqonun rəhbəri Latviyaya gedəcək

Pentaqonun rəhbəri Lloyd Ostin gələn həftə Avropaya yola düşəcək, o cümlədən Latviyaya səfər edəcək.

Bu barədə ABŞ Müdafiə Departamenti məlumat yayıb. Qeyd olunub ki, L.Ostin Avropa turnesinə avqustun 8-də yola düşəcək və ilk olaraq Ştutqarta (Almaniya) gedəcək.

“Daha sonra Pentaqonun rəhbəri Latviyaya gedəcək və orada yüksəksəviyyəli rəhbərlərlə görüşəcək və onlara ABŞ-ın Latviyada və bütün Baltik regionunda mövcudluğunu saxlamağa hazır olduğunu bildirəcək”, – ABŞ-ın Müdafiə Departamentindən bildirilib.

Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button