XƏBƏRLƏR

İsveçrədə 54 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı – FOTO

İsveçrədə 54 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı – FOTO

İsveçrədə dağ yüksəkliklərində 1968-ci ildə qəzaya uğrayan yüngül təyyarənin qalıqları aşkar edilib.

Bu barədə Fransa və İsveçrə KİV-ləri məlumat yayıb.

Təyyarənin qalıqları turistlər tərəfindən Alets buzlağında aşkar edilib.

Tapıntının 1968-ci ilin yayında qəzaya uğramış “Piper Cherokee” təyyarəsinin qalıqları olduğu məlum olub.

Təyyarədə Sürixdən olan üç isveçrəli – müəllim, həkim və oğlu olub. Qəzadan sonra onlar tapılıb, lakin təyyarənin qalıqlarını yüksəklikdən endirmək üçün texniki imkanlar olmayıb.

Mənbə: Evropeyskaya pravda

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button