Dünya

Erməni analitik: “Azərbaycan ardıcıl və addım-addım ilgəyi sıxır”

“Azərbaycan ardıcıl və addım-addım ilgəyi sıxır. Tarixlər, Ermənistanın vəziyyəti hesablanıb. “Milli axmaqlar” ya özünü aldatmaqla məşğuldurlar, ya da qəsdən camaatı çaşdırırlar”.

O qeyd edib ki, ermənilər özünü çıxılmaz vəziyyətə salıb, ondan klassik, sadə və ənənəvi üsullarla çıxmaq mümkün deyil.

“Qərb 2 tərəf arasında bərabərlik işarəsi qoymaqla və ya yumşaq çağırışlarla bu regionda gedən hərbi proseslərə obyektiv müdaxiləyə hazır olmadığını göstərir.

Rusiya primitiv sülhməramlı missiyadan yuxarı qalxmayacaq və sülhməramlı fəaliyyətə keçməyəcək. Bununla yanaşı, vəziyyətə uyğun olaraq, onun regionda mövcudluğunun qeydə alınması müqabilində Azərbaycana güzəştlər ediləcək. Hələlik Rusiyaya Xankəndinin olması və orada on minlərlə erməninin yaşaması lazımdır.

Ermənistan nəinki belə çətin vəziyyətdə daxili həmrəyliyə malik deyil, həmçinin belə vəziyyətlərdə daim təəccüb içində və hazırlıqsız yaxalanır”, – deyə erməni analitik vurğulayıb.

Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button