Dünya futboluİdmanRedaksiyadan

“Çelsi”nin futbolçusu MLS klubunda

“Çelsi”nin müdafiəçisi Mett Miazqa karyerasını vətəni ABŞ-da davam etdirəcək. 

Metbuat.org xəbər verir ki, 27 yaşlı futbolçu MLS təmsilçisi “Cincinnati” ilə anlaşıb. 

ABŞ millisinin üzvü olan Miazqa “Nyu-York Red Bull”un yetirməsidir. O, 2016-cı ildə 4,6 milyon avro qarşılığında “Çelsi”yə keçib. London təmsilçisinin əsas komandasında cəmi 2 oyun keçirib. Sonrakı illərdə “Vitess”, “Nant”, “Redinq”, “Anderlext” və “Alaves” kimi klublarda çıxış edib. 

Qeyd edək ki, 2015-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Mett 22 matçda meydana çıxıb və cəmi 1 qola imza atıb. 

Röya

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button