Dünya

BMT-nin baş katibi: “Bəşəriyyət dolu silahla oynayır”

Dünyadakı arsenallarda 13 minə yaxın nüvə silahı saxlanılır, lakin onlar “yer üzündən əbədi olaraq silinməlidir”.

Metbuat.org xəbər verir ki, bunu Xirosimada keçirilən mərasimdə BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Ciddi nüvə çalarları olan böhran Yaxın Şərqdən Koreya yarımadasına, Rusiyanın Ukraynaya təcavüzünə qədər sürətlə yayılır. Bəşəriyyət dolu silahla oynayır”, – Quterreş xəbərdarlıq edib.

BMT-nin baş katibi vurğulayıb ki, ölkələr arasında yeni silahlanma yarışı vüsət alır, dünya liderləri yüz milyardlarla dollar dəyərində nüvə silahı ehtiyatlarını artırırlar.

Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button