Dünya

BMT konspirologiyaya müharibə elan edir

Birləşmiş Millətlər Təşkilatı sui-qəsd nəzəriyyələrinə qarşı müharibə elan edərək, konspiroloji təfəkkürün artımını “narahatedici və təhlükəli” kimi xarakterizə edib.

UNESCO Twitter, Avropa Komissiyası və Dünya Yəhudi Konqresi ilə birlikdə “ThinkBeforeSharing” adlı “sui-qəsd nəzəriyyələrinin yayılmasını dayandırın” kampaniyasına start verib.

BMT hadisələrin “hansısa mənfi niyyətli qüvvələrin pərdəarxası manipulyasiyasının” nəticəsi olmadığını bilmənizi istəyir. Əgər qlobal elitanın qlobal hadisələri diktə etmək üçün gücünü birləşdirərək sui-qəsd hazırladığını düşünən insanlarla rastlaşsanız, inanmalı deyilsiniz. BMT həmçinin xəbərdarlıq edir ki, Corc Soros, Rotşildlər və İsrail dövləti hansısa “iddia edilən sui-qəsd” ilə əlaqəli olmamalıdır.

UNESCO-ya görə, İnternetdə sui-qəsd nəzəriyyəsi ilə rastlaşdığınızdan əminsinizsə, reaksiya verməli və dərhal bu resursdakı şərhlərdə “fakt yoxlama saytı”na müvafiq keçid yerləşdirməlisiniz.

YUNESKO sui-qəsd nəzəriyyəçisi ilə qarşılaşan hər kəsə məsləhətlər də verir. BMT agentliyinin fikirncə, sui-qəsd nəzəriyyəçisi ilə heç bir halda mübahisə etmək olmaz. Hər hansı bir arqument sizin də sui-qəsdin bir hissəsi olduğunuza və bu inamı gücləndirdiyinizə dair sübut kimi qəbul edilə bilər”. Bu halda sui-qəsd nəzəriyyəçisi, çox güman ki, “fikirlərini müdafiə etmək üçün daha sərt mübahisə edəcək”. Bundansa anlayşlı olmalı, onları ələ salmaqdan çəkinməli, jurnalistsinizsə, sosial mediada məlumat verməli və “yerli mətbuat şuranız və ya mətbuat ombudsmanı ilə əlaqə saxlamalısınız”.

Maraqlıdır ki, YUNESKO sui-qəsd nəzəriyyələrinin doğru ola biləcəyini də dolayısı ilə etiraf edir. BMT bürokratları “əsl sui-qəsd nədir?” başlığı altında izah edirlər ki, böyük və kiçik real sui-qəsdlər həqiqətən mövcuddur. Amma sui-qəsd nəzəriyyəsi yalnız “media tərəfindən aşkar edildikdə” həqiqi sayıla bilər. Çünki kütləvi informasiya vasitələri yoxlanıla bilən faktlar və sübutlar ortaya qoyurlar”.

Nadir Quliyev
Metbuat.org

Teqlər:

Konspirologiya
 

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button