XƏBƏRLƏR

Azərbaycanın boccia üzrə millisi Niderlandda beynəlxalq turnirin qalibi olub

Azərbaycanın boccia üzrə millisi Niderlandda beynəlxalq turnirin qalibi olub

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə millisi Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin qalibi olub.

Bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib.

Azərbaycan millisi qrup mərhələsində Sloveniya və Böyük Britaniyanı məğlub edərək lider kimi yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmasında Türkiyə komandasını məğlub edən milli finalda Ukrayna yığmasına qalib gələrək turnirin qızıl medalını qazanıb.

Komanda yarışlarında Azərbaycanı Zaur Veysəlov və Nərmin Ağayeva təmsil edib.

Qeyd edək ki, turnirə 7 idmançı ilə qatılan komanda 2 qızıl və 3 bürüc medal qazanıb.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button