İdmanVoleybol

AVRO-2023: Azərbaycan millisi Türkiyəyə qarşı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində bu gün növbəti görüşünə çıxacaq.

Metbuat.org xəbər verir ki, mllimiz A qrupundakı ikinci matçını Bakıda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 18:00-da start götürəcək.

Pərviz Səmədovun komandası ilk turda Bakıda Danimarka millisi ilə qarşılaşıb və meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button