Azərbaycan futboluİdmanRedaksiyadan

Yaşar Vahabzadə: “Hamı Gəncə azarkeşlərinin çılğınlığını bilir”

“Kəpəz”n baş məqçisi Yaşar Vahabzadə “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında iştirak edib.

Metbuat.org xəbər verir ki, 62 yaşlı mütəxəssis ikinci qolu öz səhvlərindən və təcrübəsizliklırindən buraxdıqlarını bildirib:

“Rəqibimiz bizi əks hücumda yaxaladı və fərqləndi. Onları təbrik edirəm. Əvəzetmələrin oyunun gedişatını dəyişəcəyindən ehtiyatlandığım üçün meydana yeni futbolçu buraxmaq istəmədim. Bu gün bizi 1 xal da qane edə bilərdi. Amma lazımsız top itkisindən sonra qapımızda qol gördük.

Kənardan maliyyə dəstəyi yoxdur. Sonradan stadion problemi yarandı. Əvvəlcə dedilər ki, az sayda azarkeşin iştirakı ilə Gəncədə oynayacağıq. Amma sonra eşitdik ki, rəqiblərimizi Bakıda qəbul edəcəyik. Hamı Gəncə azarkeşlərinin çılğınlığını yaxşı bilir. Bölgə komandasıyıqsa, Gəncədə oynamalıyıq. Orada oynasaydıq, hər şey ola bilərdi”.

Emin

 

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button