Maqazin

Müğənni məşhur filmdə rol alacaq

“Warner Bros.” film studiyası baş rolda amerikalı aktyor Xoakin Feniks ilə “Joker” filminin ikinci hissəsini təqdim edəcək.

Metbuat.org xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalında məlumat verilib.

Nəşrin məlumatına görə, rollardan birini müğənni Ledi Qaqa canlandıracaq.

Filmin süjeti haqqında hələ ki, məlumat yoxdur.

“Joker”in ilk hissəsi 2019-cu ildə işıq üzü görüb. Film eyni anda iki Oskar qazanıb.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button