Kriminal

Bakı bulvarında həkimin övladını və anasını DÖYDÜLƏR

Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.org-a bildirib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq qeyd edirik ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button