Texno

Bu bel çantası aktiv soyutma sisteminə malikdir – FOTO

“Xiaomi” şirkəti Korin Zero adlı aktiv soyutma sisteminə sahib bel çantasını təqdim edib.

Metbuat.org xəbər verir ki, bu çantaya çoxlu sayda cihaz yerləşə bilər. O, həmçinin xarici USB girişini də sahibdir. 

Amma bu bel çantasının əsas özəlliyi soyutma funksiyasıdır. Belə ki, onun daxilində olan pərin fırlanma sürəti 60 saniyədə 3500 dövrdür. Həmin pərin sayəsində soyuq hava kütlələri xüsusi kanalların köməkliyi ilə istifadəçinin belində bərabər şəklində paylanır. Bununla da çantanın sahibi isti hava şəraitində sərinlənir. 

Bildirilir ki, çantanın aktiv soyutma sistemi şarj edilmiş batareya ilə işləyir. Bu çantadan “notebook”lar üçün istifadə etmək olar və çanta onun da əlavə soyudulmasını təmin edə bilir. 

Qeyd edək ki, çanta 16 litr həcmə sahibdir. Onun içinə 15.6 düym ölçülü “notebook” asanlıqla yerləşə bilər. Çantanın qiyməti isə 74 dollar (təxminən 126 manat) dəyərindədir. 


 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button