Maqazin

Britni Spirs yaxtada görüntülənib

Amerikalı pop müğənni Britni Spirs yaxtada görüntülənib.

Metbuat.org xəbər verir ki, ifaçı şəkilləri sosial şəbəkə hesablarında paylaşıb.

İki şəkil paylaşan müğənni fotolardan birində sinəsini giləmeyvə və meyvələrdən ibarət boşqabla bağlayıb.

Digər fotoda ifaçı çimərlik geyimində olub. O dənizə baş vurub.

“Əladır, elə deyilmi? Bu, həyatımdakı ən yaxşı təcrübələrdən biridir”, – deyə Britni Spirs təəssüratlarını bölüşüb.

Şərhlərdə bəzi abunəçilər Britni Spirsi xoşbəxt görməkdən şad olduqlarını, bəziləri isə onun psixi sağlamlığından problem olduğunu deyib.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button