Maqazin

Hüseyn Bakıda yenə gündəmə gəldi – Sürücüyə 500 manat..

Rusiyada tanınmış bloqqer Hüseyn Həsənov yenə Bakıya gəlib. 

Metbuat.org xəbər verir ki, Həsənov bu dəfə dostu ilə birlikdə taksi sürücüsünə qaldıqları hotelə pulsuz apara bilib bilməyəcəyini soruşub. O, Bakıya turist kimi gəldiyini və pulu olmadığını bildirib. Taksi sürücüsü bununla razılaşıb. 

Amma daha sonra Hüseyn əgər ödəniş etsəydik nə qədər verəcəklərini soruşanda sürücü “5-6 manat” cavabını verib. 

Bundan sonra Hüseyn Həsənov 500 manat çıxardaraq sürücüyə verib. Həmçinin, sürücüyə təşəkkür də edib. 

Xatırladaq ki, Hüseyn keçən il belə bir addımı Moskvada atmışdı. Onu ödənişsiz ünvana aparan sürücüyə isə avtomobil hədiyyə etmişdi. 
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button