Texno

Nothing Phone (2) necə olacaq? – Məlumatlar gəldi

  12 iyul tarixində Nothing şirkəti öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etdi. Metbuat.org xarici KİV-ə istinadən bildirir ki, sözügedən smartfon maraqlı dizayna və özəlliklərə sahib olsa da birmənalı olmayan cihaz kimi qarşılandı. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in özəllikləri arasında şəffaf arxa panel və həmin arxa paneldə yerləşən 900 ədəd kiçik ölçülü diod işığıdır. Həmin diod işıqları xüsusi işıq interfeysini formalaşdırırlar. Bu cür özəlliklərə baxmayaraq ilk alıcılar artıq bəzi məsələlər üzrə öz narazılıqlarını bildiriblər. Verilmiş yeni məlumata əsasən şirkət artıq öz növbəti smartfon modeli üzərində çalışır. Məlumata əsasən hazırlanan yeni smartfon xarici görünüşcə Nothing Phone (1) kimi o qədər də maraqlı olmayacaq.

    Belə ki, ortaya çıxmış məlumatda qeyd edilib ki, potensial adı Nothing Phone (2) ola biləcək smartfon şəffaf arxa panelə və arxa panel tərəfdən xüsusi diod işıqlarına sahib olmayacaq. Bunun əvəzinə yeni smartfon şüşə materialdan hazırlanmış sadə arxa panel ilə təchiz olunacaq. Əsas texniki göstəricilər baxımından yeni smartfon Nothing Phone (1)-i təkrarlayacaq. Belə ki, yeni smartfon eyni ekrana, bir kristallı prosessora və ikili arxa kameraya sahib olacaq. Bununla belə smartfon Android 12 vasitəsilə çalışacaq və onun gövdəsi IP53 standartı üzrə sudan və tozdan qorunacaq. Həmçinin məlumatda qeyd edilib ki, Nothing Phone (1)-dən fərqli olaraq yeni smartfon naqilsiz şarj texnologiyasını əldə etməyəcək.

Bunun yerinə smartfon 5000 mAh enerji tutumlu batareya əldə edə bilər. Qeyd etmək lazımdır ki, Nothing Phone (1) 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Sürətli naqilli şarj texnologiyası isə yeni smartfonda Nothing Phone (1)-dəki kimi 33 vatt gücündə olacaq. Gözləntilərə əsasən Nothing Phone (2)-nin standart versiyası 6 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və onun qiyməti 415$ təşkil edəcək. Bu isə o deməkdir ki, yeni smartfon Nothing Phone (1)-dən daha ucuz qiymətə satılacaq. Heç istisna deyil ki, yeni smartfon Nothing Phone (1)-in bir qədər sadələşdirilmiş versiyasıdır. Nothing tərəfindən hazırlanan yeni smartfonun nə zaman təqdim olunacağı bilinmir.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button