Maqazin

“Natavanın hamiləliyini mən də sizin kimi…” – Dadodan ilginc AÇIQLAMA

Reper Dado keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibinin ikinci övladı olacağı ilə bağlı çıxan xəbərlərlə bağlı açıqlama verib.

Metbuat.org xəbər verir ki, bu barədə reper şəxsi “Instagram” hesabında video paylaşaraq məsələyə aydınlıq gətirib:

“Heç kimin qabağında özümə bəraət qazandırmıram. Hiss edirəm məni yenidən oyuna salmaq istəyirlər. Deyim bilin ki, biz çoxdan boşanmışıq. Hamiləlik məsələsini mən də sizin kimi öyrənirəm. Aramızda olan hər şey bitib. Allah onu xoşbəxt eləsin, yeni gələn balasının da canını sağ eləsin. Bu qədər.. Sağolun”.

Natavan hələlik heç bir açıqlama vermiyib.

Xatırladaq ki, 2017-ci ildə Natavan və Dado ailə həyatı qurmuşdu. Amma qısa bir müddət sonra boşanmışdılar. Onların Zeyd adlı bir oğlan övladı var.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button