Kriminal

Azərbaycanda DƏHŞƏT: qısqanc qadın ərini öldürdü

Bərdədə qətl törədilib. 

Rayon prokurorluğundan Metbuat.org-a verilən məlumata görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button