Maqazin

Bodrumda romantizm: Məşhurları öpüşərkən çəkdilər – FOTO

Türkiyənin tanınmış aktrisası Hande Soral və həyat yoldaşı İsmail Demirci yenicə ana-ata olandan sonra tətilə çıxıblar.

Metbuat.org-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, onlar körpələri ilə birgə istirahətin dadını Bodrumda çıxarıblar. 

Handenin qardaşı Bedirhan Soral da onların romantizminə şərik olub. Belə ki, dəniz qırağında ailəcə tətil keçirən vaxt onların fotolarını çəkib.

Oğulları Alini sevməyə doya bilməyən cütlüyün fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bundan başqa, Hande və İsmail bərabər dənizə baş vurub orada da romantik anlar yaşayıb. 

Qeyd edək ki, Hande Soral “Diriliş Ertuğrul”, “Bir zamanlar Çukurova” seriallarında, İsmail Demirci isə “Muhteşem Yüzyıl”, “Kurtlar Vadisi Pusu” və s. kimi seriallarda obrazlar canlandırıb. Onlar 2017-ci ildə evləniblər.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button