Kriminal

Bakıda avtomobil vuran piyada xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Metbuat.org xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospekti Neftçilər dairəsi istiqamətində baş verib. Məmmədov Elnur Əlixan oğlu idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobillə yolu keçən piyada Mirzəyeva Əminə Hacı qızını vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button