Kriminal

65 manata görə 2 qadını öldürən uşaqların ŞOK CİNAYƏTLƏRİ

Tovuzda iki qadını öldürən yeniyetmələrin başqa cinayətlərinin üstü açılıb. 

Daxili İşlər Nazirliyindən Metbuat.org-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək hadisəni törətməkdə şübhəli bilinən E.Bağırov və Q.Quluyev yeniyetmələrdir.

Onlar oğurluq məqsədilə girdikləri evdə iki qadını öldürüb, mənzildən 65 manat pul götürərək evi yandırıblar. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button