Maqazin

Hissə yeni maşını kim hədiyyə edib? – AÇIQLAMA

Rep ifaçısı Hiss (Röya Məmmədova) yeni maşını ilə gündəmə gəlib. 

Metbuat.org xəbər verir ki, o, yeni maşının hədiyyə edilməsi ilə bağlı iddialar özünü doğrultmayıb. Belə ki, repçi xanım bu məsələyə “Instagram” hesabının hekayə bölməsində aydınlıq gətirib.

Gənc ifaçı bəzi xəbər saytlarını dünəndən bəri yalan məlumat vermələrinə görə qınayıb:

“Əziz və dəyərli xəbər saytları. Xahiş edirəm, xəbərləri paylaşanda başlıqları səhv fikirlərə yönəldəcək şəkildə yazmayın. Mən artıq “Opel”in simasıyam, bu, iş birliyidir. Maşını mənə heç kim hədiyyə etməyib. Maşın olmasaydı, qonorarı alacaqdım. Həm maşına gərək duyduğum, həm də çox bəyəndiyim üçün anlaşmanı “Mokka” qarşılığında etdik”.

Qeyd edək ki, Hiss “İstəmirəm”, “Karma” və s. kimi mahnıları ilə tanınıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button