Maqazin

Rəqqasə Renkaya YENİ MAŞIN hədiyyə veriblər?

Oriental rəqqasə Renkanın (Rəna Ağamuradova) yeni maşın alması xeyli müzakirələrə səbəb olub.

Metbuat.org xəbər verir ki, o, maşın alması barədə açıqlama verib. Rəqqasə öz “Instagram” hesabındakı paylaşımında bildirib ki, maşını öz zəhmətilə alıb:

“Heç kimin heç nəyinə ehtiyacım yoxdur. Nə də gözüm yoxdur. Maşallah, əlim, ayağım, başım yerində. Daşdan pul çıxaran adamam və 16 yaşımdan işləyirəm. Heç vaxt, heç bir işdən qorxmuram. Allah bütün işləyən, öz ayağı üstündə dayanan xanımlara güc versin”.

Qeyd edək ki, rəqqasə kimi tədbirlərdə çıxış edən Renka yeni “Toyota Yaris” alıb. 

 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button