Maqazin

Cem Yılmaz qəza keçirib – ÖZÜ AÇIQLADI

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz qəza keçirməsi barədə açıqlama verib.

Metbuat.org xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

Cem Yılmaz bildirib ki, haqqında yayılan xəbərlər “ölümcül” dərəcədə şişirdilib: 

“10 gün öncə taksi sürücüsü ilə toqquşduq. Maşınlarımız təmirdən çıxıb və xərc qarşılanıb. Biz artıq qəzanı xatırlamırıq. Dostlarımız sağ olsunlar, “Ölümdən qayıtdı” başlıqlı xəbərləri görüb narahat olublar. Ölümdən qayıdan var ki?.. Əlbəttə ki, ölümdən qayıtmamışam, o yolda irəliləyirəm”.

Qeyd edək ki, Cem Yılmaz yeni layihələrini bitirəndən sonra Bodruma gedərkən kiçik qəza keçirib. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights