Maqazin

Keçmiş striptizçidən ŞOK açıqlama: “Şahzadə Harrinin şalvarı məndə”

Hazırda iki uşağı və həyat yoldaşı Meghan Markle ilə ABŞ-da yaşayan Şahzadə Harrinin keçmişindən xatirələr onu narahat edir.

Metbuat.org xarici KİV-ə istinadən bildirir ki, 2012-ci ildə bir qrup dostu ilə Las Veqasa gizli səfər edən Şahzadə Harri barədə yeni xəbərlər ortaya çıxır. Bu yaxınlarda keçmiş striptizçi Carrie Reichert Şahzadə haqqında açıqlamalar verib.

Carrie Royale kimi tanınan Carrie Reichert, Şahzadənin 2012-ci ildə Las Veqasda olarkən dəfələrlə eyni mühitdə olduqlarını, Şahzadənin o günlərdə çox xoşbəxt və gülməli olduğunu, məclislərdə hər kəsi əyləndirdiyini bildirib. Şahzadənin əvvəlki halından əsər-əlamət qalmadığını və enerjisinin getdiyini düşündüyünü deyən Carrie Reichert, köhnə bir tanışının indiki kimi görünməməsindən şikayətlənib: “Tamamilə sönük və ciddi olması… Yazıqdı axı. Evli, iki uşaqlı ata olsa da, arabir özünü azad buraxmalıdır”.

Şahzadə Harrinin hazırda darıxdırıcı rəftarını tənqid edən Carrie Royale, onun haqqında iddia irəli sürüb. Carrie Royale, Şahzadə Harriyə Veqas axşamlarından birində şalvarını çıxarıb ona verməyi təklif edib: “Harri çox darıxır, bu, həqiqətən yaxşı deyil. O, Veqasda bir ziyafət verəndə hamı bunu sevirdi və əyləncəli idi. Ən azından mənim üstümdəki bu şalvar Harrinin əyləncəli şahzadə olduğu vaxtlardan bir xatirədir. İndi mənə onun necə olduğunu xatırladır”.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights