Texno

“WhatsApp”dan yeni bir funksiya: Məlumatlarınızı, şəkillərinizi..

Bundan sonra “WhatsApp” istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən tətbiqdəki məlumatlarını ötürə biləcəklər.

Metbuat.org xəbər verir ki, bu barədə məlumat “XDA-developers” saytında dərc olunub. 

Yenilik hesab informasiyalarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan yaradacaq. Amma zəng tarixçəsini köçürmək mümkün olmayacaq. 

Qeyd edək ki, keçən il belə bir funksiya “Samsung” smartfonları üçün tətbiq edilmişdi.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button