Kriminal

23 nəfər cinayət başında TUTULDU

23 şəxs cinayət başında yaxalanıb.

Baş prokurorluqdan Metbuat.org-a verilən məlumata görə, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılmış, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanmış, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161  Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü  üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button