Texno

Bu telefon SİM kartsız istifadə oluna bilər

“Iphone 14” smartfonu SİM kartsız təqdim oluna bilər. 

Metbuat.org xəbər verir ki, bu barədə “9to5mac.com” saytı məlumat yayıb. 

Məlumata görə, Apple bu il fiziki SİM kart girişinə sahib olmayan “Iphone 14” modeli təqdim edə bilər. Belə ki, eSIM texnologiyası Avropa, Asiya ilə yanaşı, ABŞ-da da sürətlə yayılmağa başlayır. Artıq Amerikada əsas mobil operatorlar SİM kartlarla istifadəni tədricən dayandırmaq niyyətindədir. 

Həmçinin, Apple də “Iphone”lara bu texnologiyanı inteqrasiya edib. Amma şirkətin tamamilə eSIM texnologiyasına keçidi “Iphone 14”dən başlaya bilər.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button