Texno

Yadplanetlilərlə bu yolla əlaqə qurmaq mümkün olacaq: İDDİA

Amerikalı alimlər yadplanetlilərin dünyaya ulduzlardan istifadə edərək siqnallar göndərə biləcəklərini iddia ediblər. 

Metbuat.org xarici KİV-ə istinadən xəbər verir ki, onlar ulduzlar vasitəsilə öz aralarında əlaqə şəbəkələri yaratmış ola bilər. 

Alimlərin irəli sürmüş olduqları fikirə görə, yadplanetlilərin yaratdıqları şəbəkə Yer kürəsində istifadə olunan mobil telefonların əlaqə şəbəkələrinə bənzəyir.

Tədqiqatçıların nəzəriyyəsi həqiqət olarsa, deməli biz, Günəşin köməkliyi ilə ötürülən siqnalları əldə edə bilərik. 

Günəş qalaktikamızdakı radiosiqnalların ötürülməsi üçün nəzərdə tutulmuş nöqtələrdən biri ola bilər. Bu cür siqnalları təyin etmək mümkün olsa, kainatda tək canlı varlıqlar olmadığımız sübut olunacaq. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button