Texno

TikTok-da azyaşlı istifadəçilər üçün müəyyən QADAĞALAR

 TikTok platforması gənc nəsil arasında böyük məşhurluğa sahibdir. Lakin sözügedən platformada bəzən elə trendlər ortaya çıxır ki, onların digərləri tərəfindən təkrarlanması bəzi hallarda bədbəxt hadisələrə gətirib çıxardır.

Metbuat.org xarici KİV-ə istinadən bildirir ki, buna görə də TikTok tərtibatçıları azyaşlı istifadəçilərin bəzi kontentlərə keçidlərini məhdudlaşdırmaq qərarına gəliblər. Bu problemi aradan qaldırmaq üçün TikTok tərtibatçıları öz platformalarına səviyyələr əlavə edəcəklər. Məşhur platformanın rəsmi bloqunda qeyd edilmiş məlumata əsasən yaxın həftələrdən başlayaraq platformanın azyaşlı istifadəçi kütləsi üçün çox qorxunc və gərgin ola biləcək qəliz və yetkin məzmunlu kontentlər 18 yaşdan aşağı istifadəçilər üçün bloklanacaq.

    Bundan əlavə olaraq yaxın aylarda TikTok-a yeni funksiyalar əlavə ediləcək və həmin funksiyalar özlərində platformanın bütün istifadəçi kütləsi üçün kontentlərin daha detallı şəkildə filtrasiyası özəlliklərini birləşdirəcəklər. Məlumatda qeyd edilib ki, yaxın həftələr ərzində TikTok bütün istifadəçilər üçün xüsusi funksiyanı istifadəyə verməyi planlaşdırır. İstifadəyə veriləcək funksiyadan istifadə edərək istifadəçilər öz ana səhifələrində görmək istəmədikləri müəyyən mövzulu kontentlərin adlarındakı və ya hastag-lardakı sözləri qeyd edə biləcəklər. Bu öz növbəsində konkret kontentin izlənməsindən imtinanı reallaşdıracaq.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button