Maqazin

Cennifer Lopez evləndi – RƏSMİ -VİDEO

Məşhur müğənni Cennifer Lopez aktyor Ben Affleklə rəsmi nikaha daxil olub.

Metbuat.org-ın xəbərinə görə, nikah Nevada ştatının Las-Veqas şəhərində sənədləşdirilib.

52 yaşlı müğənni evlənəcəyi barədə hələ may ayında Tvitterdə məlumat vermişdi. Onun Affleklə ilk tanışlığı 2002-ci ildə olub. Cütlük 2003-cü ildə evlənəcəyini desə də, 2004-də münasibətlərə son qoymuşdu.

Cennifer Lopez indiyədək 3 dəfə evli olub və 2 əkiz uşaq anasıdır. Ben Afflekin isə aktrisa Cennifer Qarnerlə izdivacından 3 uşaq dünyaya gəlib.  

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button