Maqazin

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Türkiyəli tanınmış müğənni İrem Derici xəstəxanaya yerləşdirilib. 

Metbuat.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı ifaçı bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib. 

O, gərgin konsert proqramına dözə bilmədiyini, davamlı səfərlərə görə yorğun olduğunu bildirib. İfaçı həmçinin, infeksion xəstəliyi ilə bağlı müalicəsinə də etinasız yanaşdığını qeyd edib. 

İzləyiciləri sosial şəbəkələrdə “tez sağal” mesajları ilə İremə dəstək olublar. 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button