Kriminal

50 şübhəli saxlanıldı – KRİMİNAL XRONİKA

İyulun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 55-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Metbuat.org-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
 

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button