Texno

“WhatsApp”dan XƏBƏRDARLIQ: İstifadəçilərin məlumatları…

“WhatsApp”ın baş direktoru Uill Ketkart təhlükəli messencer klonların yayılması ilə bağlı xəbərdarlıq edib. 

Metbuat.org xəbər verir ki, o, bu barədə rəsmi “Twitter” hesabında məlumat yayıb. 

Onun sözlərinə görə,  Android smartfonlarında son zamanlar müxtəlif “WhatsApp” klonları yaranmağa başlayıb: 

“Təhlükəsizlik üzrə tədqiqat komandamız “WhatsApp”ı təqlid edən zərərli proqramlar aşkarlayıb. Messencerin populyarlığı bu tətbiqin istifadəçilərinin məlumatlarını oğurlamağa şərait yaradır. Nəticədə “WhatsApp”ın təhlükəli versiyalarını yaradan kibercinayətkarlar gün keçdikcə artır”, – Ketkart bildirib. 

O, “WhatsApp”ı ancaq “Google Play” proqramlar mağazasından yükləməyi də məsləhət görüb.  

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button