Kriminal

Dünən yollarda 2 nəfər ölüb – KRİMİNAL XRONİKA

İyulun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 1-nin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Metbuat.org-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button